çərşənbə axşamı 3 mart 2026 - 18:02
Silahlı qüvvələr vətənin müdafiəsi uğrunda tarixi qəhrəmanlıq nümunəsini göstərdilər | Xalq fəal iştirakı ilə fitnənin qarşısını qətiyyətlə almalıdır

Hövzə | Ayətullah üzma Nuri Həmədani bəyan edib: İran İslam Respublikasının silahlı qüvvələri və şücaətli döyüşçüləri bilsinlər ki, bu xalq və ölkənin müdafiəsi uğrunda öz tarixi qəhrəmanlıq nümunələrini göstərərək, İran İslam Respublikasının qüdrətini nümayiş etdiriblər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Hüseyn Nuri Həmədani İran İslam Respublikasının silahlı qüvvələrinə və böyük ruhiyyə sahib olan millətinə ünvanladığı müraciətdə bəyan edib ki, İran İslam Respublikasının silahlı qüvvələri və rəşadətli döyüşçüləri bilsinlər ki, bu xalq və ölkənin müdafiəsi uğrunda öz tarixi qəhrəmanlıq nümunələrini göstərərək, İran İslam Respublikasının qüdrətini nümayiş etdiriblər.

Müraciətin tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

Son günlərdə cinayətkar İsrail və Amerika tərəfindən ölkəmizə qarşı vəhşicəsinə təcavüz həyata keçirilmiş, rəşadətli və qüdrətli İran xalqı əziz rəhbərinin itkisi ilə matəmə bürünmüş, bir sıra məsum uşaqlar, günahsız qadın və kişilər şəhid edilmiş, həmçinin silahlı qüvvələrin bir qrup komandiri şəhadət məqamına ucalmışdır. Bütün bunlar dərin təəssüf və hüzn hissi doğurur. Bu münasibətlə bütün şəhid ailələrinə başsağlığı verirəm.

Lakin İran İslam Respublikasının silahlı qüvvələri və rəşadətli döyüşçüləri bilsinlər ki, bu xalq və ölkənin müdafiəsi uğrunda öz tarixi qəhrəmanlıq nümunələrini göstərərək, İran İslam Respublikasının qüdrətini nümayiş etdiriblər.

Mən Qum Elmi Hövzəsinin bir tələbəsi olaraq göstərdiyiniz bu fədakarlıqlara görə dərin minnətdarlığımı bildirir və daim sizin üçün dua edirəm.

Həmçinin İran İslam Respublikasının inqilabçı xalqından istəyim budur ki, indiyədək bütün meydanlarda olduğu kimi, bundan sonra da coşqulu və məsuliyyətli iştirakı ilə fitnənin qarşısını qətiyyətlə alsın, düşmənləri məyus etsin və dua ilə təvəssül etməyi unutmasın. İnşallah, mərhum İmam Xomeyni və şəhid Ayətullah Seyid Əli Xameneinin (Allahın rəhməti onların üzərinə olsun) yolu davam etdirilsin.

ان تنصر الله ینصرکم و یثبت اقدامکم

Əgər Allaha (onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər.

Ayətullah Hüseyn Nuri Həmədani

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha